Rusiyada son sutkada daha 20 958 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 642 559 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 805 nəfər artaraq 172 110-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 5 918 324 nəfər sağalıb.