Lənkəran şəhərinin Xolmili kəndində ümumi sahəsi 500 m² olan istirahət mərkəzi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.
Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.