Ukrayna prezidenti Vladimir Zelenski vəzifəsinin birinci ildönümünə həsr olunmuş mətbuat konfransında Rusiyalı həmkarı Vladimir Putini siyasi məhbuslarla bağlı danışıqlara çağırıb.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyadakı ukraynalı məhbusların sərbəst buraxılması məsələsinin dalana dirəndiyini bildirib.

O hesab edir ki, yeganə çıxış yolu prezident Vladimir Putinlə danışıqlar ola bilər.

"Təəssüf ki, danışıqlar tamamilə dayandırılıb. Bu gün Rusiya prezidenti ilə Krım məhbusları ilə bağlı birbaşa danışıqlar aparmaqdan başqa başqa çıxış yolu görmürəm. Bəlkə də, “Krım Platforması”zamanı yeni həll yolları düşünə bilərik", - Zelenski ukraynalı jurnalistlərlə söhbətində bildirib.