Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Nikuşina Qalina Alekseyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.