Bu ilin mart ayında Süveyş kanalını tamamilə bağlayan "Ever Given" konteyner gəmisi bu cümə günü yenidən həmin kanalı əks istiqamətdə keçəcək.

Unikal.org xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsindən məlumat verilib. 

"Konteyner gəmisi şimaldan cənuba doğru su yolunu keçməyə hazırlaşır. O, bu gecə Port Səidlə əlaqə quracaq. Keçid səhər tezdən başlayacaq. Gəmini müşayiət edərkən əlavə təhlükəsizlik tədbirləri görüləcək", - deyə məlumatda bildirilib.  

Qeyd edək ki, adıçəkilən gəmi, kanal ilə bağlı bütün maliyyə məsələlərini həll etdikdən və razılığa gəldikdən sonra iyulun sonunda gəldiyi Rotterdamdan qayıdır.

Bildirilib ki, 10-12 saat boyunca kanaldan keçəcək konteyner gəmisi 2 ədəd qoruma ilə müşayiət olunacaq.

Ağarza Elçinoğlu