Türkiyənin Böyük Milli Məclisində Əfqanıstan məsələsi müzakirə olunub.
Unikal.org xəbər verir ki, bu barədə "IYI" Partiyasının rəhbəri Lütfü Türkkan toplantıda söz açıb.
Partiya başanı "İran əfqanıstanlıların ölkəmizə keçidinə göz yumur və onları dəstəkləyir. Ölkəmizin sərhəd təhlükəsizliyində zəiflik varmı?", - sualına əlavə edərək o, daxili işlər naziri Süleyman Soyluya ünvanlanan parlament sualında bunları bildirib:
"Ölkədə "Taliban" qüvvələrinin nəzarət etdiyi ərazilərin artması ilə son vaxtlar Əfqanıstandan Türkiyəyə sıx bir köç dalğası başladı və əfqanlar ölkəmizə demək olar ki, hər gün qrup halında müxtəlif nöqtələrdən daxil olur. İran əfqan qaçqınların Türkiyəyə keçməsini dəstəkləyir, qanunsuz keçidlərə göz yumur və yük maşınlarına yüklənmiş qanunsuz əfqan mühacirlər ölkəmizin müxtəlif əyalətlərinə yerləşdirilir".
"Suriyalı qaçqınların problemləri davam edərkən, ölkəmizi hər cəhətdən təhdid edən belə bir tətbiq niyə təsdiqləndi? Ölkəmizin sərhəd təhlükəsizliyində zəiflik varmı? Suriyalılara olduğu kimi, əfqanlara da Türkiyə vətəndaşlığı verilməsi düşünülürmü?", - deyə L.Türkkan suallar səsləndirib.
Qeyd olunub ki, onun bu suallarına hələ rəsmi cavab verilməyib.
Ağarza Elçinoğlu