Almaniya xarici işlər naziri Hayko Maas Türkiyəyə səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Avqustun 29-da baş tutacaq səfər zamanı ikitərəfli görüşlər keçiriləcək.

Görüşlərdə Türkiyə-Almaniya, Türkiyə-Avropa Birliyi münasibətləri başda olmaqla, Əfqanıstandakı son vəziyyət və regional məsələlər də müzakirə ediləcək.