Türkiyənin Dənizli ərazisində molla insanları bir yerə toplayaraq, koronavirus əleyhinə vurulan vaksinlərin haram olduğunu bildirib.
Unikal.org xəbər verir ki, məscidlə yanaşı küçədə gördüyü insanları məlumatlandıran molla Ö.T. barəsində polisə şikayət olunub. Polis fakt əlaqəli Ö.T. adlı Çameli rayonunun mollasını nəzarətə götürüb. Məlum olub ki, kişi insanlara zəng də vuraraq, peyvəndin haram olduğu deyirmiş.
Molla məsciddə tutduğu vəzifəsindən uzaqlaşdırılıb. İnsanları peyvəndin haram olduğu iddiası ilə bağlı barəsində məhkəmə işi açılıb.
Gülayə Mecid