Türkiyə F-16 qırıcıları Polşanın Aviasiya bayramı münasibətilə bu ölkənin səmasında uçuşlarını davam etdirir.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Polşa Müdafiə Nazirliyi "Twitter" hesabında qırıcıların uçuşu ilə bağlı yeni video paylaşıb. Video qısa zaman ərzində izləyicilər tərəfindən bəyənilib.

Qeyd edək ki, 4 ədəd türk F-16 qırıcısı gücləndirilmiş NATO hava polisi (BILOXO) missiyası çərçivəsində Polşanın Malbork şəhərindəki hərbi bazada sentyabrın sonuna kimi fəaliyyət göstərəcək.