Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, avtomobil qarşı tərəfə keçən piyadanı-1936-cı il təvəllüdlü Mahmudov Cahangir İsrafil oğlunu vurub. O, ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.