İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org-un məlumatına görə, hadisə Bəhramtəpə qəsəbəsində qeydə alınıb. Belə ki, “QAZel” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb.

Qəza nəticəsində Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Əhmədov Emin Əliqardaş oğlu müxtəlif xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır. (report)