Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni müdafiə nazirinin təyin edilməsi barədə fərman imzalayıb.
Unikal.org bu barədə dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.
Tokayevin müvafiq qərarı ilə Murat Bektanov ölkənin yeni müdafiə naziri olub. O, bundan əvvəl müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Qazaxıstanın bundan əvvəlki müdafiə naziri Nurlan Yermekbayev avqustun 26-da Jambıl vilayətindəki hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar istefaya gedib. Partlayış və ardınca başlayan yanğın nəticəsində 15 nəfər həlak olub, 98 nəfər yaralanıb. Bir nəfərin isə itkin düşdüyü bildirilir.
29 avqustda ölkədə matəm elan edilmişdi.