Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik müntəzəm hesabatında ilk dəfə yanvar ayında Kolumbiyada aşkar edilən "B.1.621" variantına diqqət çəkib.
Unikal.org xəbər verir ki, hesabatda "Mu Variant" adlanan virusun peyvəndlərə davamlı ola biləcəyi vurğulanıb. Belə ki, ÜST mutasiyanın Cənubi Amerika və Avropada yayıldığını qeyd edib.