Masallı rayonunda intihar hadisəsi olub.

Unikal.org xəbər verir ki, hadisə Böyük Kolatan kəndində baş verib. Belə ki, 1955-ci il təvəllüdlü  Bağırov Mehman Musa oğlu yaşadığı evin həyətində tövləsində özünü asaraq canına qəsd edib.

Qeyd edək ki, M.Bağırov  iki uşaq atasıdır.