Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)