ABŞ-ın Çikaqo şəhərində silahlı insident baş verib. 

Unikal.org xəbər verir ki,  naməlum şəxs  ətrafda olan insanlara atəş açıb.  Hadisə  nəticəsində  4 yaşlı uşaq ölüb, 7 nəfər isə  ağır  yaralanıb. Əraziyə polis  cəlb olunub. Cani  şəxs  saxlanılaraq,  polis  bölməsinə  aparılıb. 

Onun hansı  səbəbdən cinayəti  törətdiyi  məlum deyil. Faktla  bağlı araşdırma aparılır.  

Gülayə  Mecid