Ermənistan ordusunda ehtiyatda olan hərbçilərin təlimləri 15 sentyabr 2021-ci il tarixindən başlayır.  

Unikal.org xəbər verir ki,  bu barədə Ermənistan Müdafiə Nazirliyi  məlumat yayıb. Belə  ki, "Hökumətin yeni qərarı ilə 15 sentyabr 2021-ci il tarixindən 15 dekabr 2021-ci ilədək ehtiyatda olan birinci qrup zabitlərin və ehtiyat işçiləri üçün yeni üç aylıq təlim düşərgələri elan olunur", - deyə  məlumatda qeyd olunub. 

Təlim düşərgələri ehtiyatda olan vətəndaşların hərbi bacarıqlarının artırılması, peşə hazırlığı, ali təhsili olmayan zabitlərdən ehtiyat zabitlərin hazırlanması məqsədi ilə keçirildiyi də  bəyanatda bildirilib. 

Gülayə  Mecid