Türkiyədə koronavirusun yeni “Mü” ştamına 2 yoluxma faktı qeydə alınıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, “mü” (Mu) və ya B.1.621 ştamı hazırda 39 ölkədə yayılıb. Alimlər bu mutasiyanın COVİD-19 vaksinlərinə qarşı daha davamlı olduğunu təxmin edirlər.