Ukraynada separatçıların nəzarətində olan Luqansk vilayətində şaxtada qəza baş verib. 

Unikal.org "TASS"a istinadən xəbər verir ki, Sverdlovsk rayonundakı "Qırmızı partizan" adlı şaxtada olan qəza nəticəsində 9 şaxtaçı ölüb, 19-u müxtəlif dərəcəli xəsarətlər alıb.

Meyitlər mədəndən çıxarılıb, xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Ağarza Elçinoğlu