Paytaxtın Nəsimi rayonunda özünü yandırmaq istəyən şəxs polis tərəfindən saxlanılıb. 

Unikal.org xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin qarşısında kimliyi məlum olmayan şəxs yolun ortasında özünə  qəsd etməyə  çalışıb.  Əraziyə  polis  cəlb olunub.  Məlumata görə,  şəxs   polis tərəfindən nəzarətə götürülüb. 

Hadisənin baş vermə səbəbi araşdırılır.  

Seymur Əli