Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsində fəaliyyətinin davam etdirib-etdirməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Unikal.org-un xəbərinə görə, nazir bildirib ki, bu məsələ bir çox şəxsi maraqlandırır:

“Bu sualı dünəndən bəri hətta mənə beynəlxalq federasiyalardan da ünvanlayırlar. Biz davam edirik”, - o vurğulayıb.