İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike mövsümün sonunda karyerasını başa vura bilər.
Unikal.org xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə "La Sotana" nəşrinə açıqlamasında bildirib.
Təcrübəli oyunçu növbəti mövsüm oynayacağı ilə bağlı təminat verməyini söyləyib: "Artıq komandaya fayda vermədiyimi görsəm, futbolla vidalaşacağam".
Qeyd edək ki, Kataloniya təmsilçisinin yetirməsi olan Jear Pike 2008-ci ildən əsas komandada oynayır. O, "Barselona"da 568 oyuna çıxıb, 51 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.