Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Şenol Güneşlə yollarını ayırıb.
Unikal.org xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub. 2000 - 2004-cü ildə yığmaya rəhbərlik etmiş mütəxəssis 2019-cu ilin fevralında yenidən komandanın sükanı arxasına keçib.