Dini etiqad məhdudlaşdırılır, yoxsa din adına əməllər?
12:11 14-02-2013
DÜNYA
Vasif Sadıqlı: “Ölkənin dini həyatında problemlər kifayət qədərdir ”
Bir müddət öncə xəbər verildiyi kimi, ölkədə fəaliyyət göstərən dini qruplaşmaların fəaliyyətini tənzimləyən qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.
Dünən Milli Məclisin İnsan haqları komitəsinin növbəti iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
Xatırladaq ki, bu dəyişikliklərin edilməsi ölkədə fəaliyyət göstərən dini qruplaşmaların xarici dairələrdən maliyyələşməsinin qarşısını almaq üçündür.
Müzakirə zamanı deputatlardan bir qismi bildirib ki, sözügedən dəyişikliklər dini qruplara edilən xarici maliyyə yardımın qabağını ala bilməyəcək və eyni zamanda vətəndaş cəmiyyəti institutlarının işində də ciddi məhdudiyətlər yaradacaq. Bu isə son nəticədə dövlətin maraqlarına və mənafeyinə ziddir.
Din və Demokratiya Mərkəzinin eksperti Vasif Sadıqlının “Unikal”a bildirdiyinə görə, “Ölkənin dini həyatında problemlər kifayət qədərdir və bunların dövlət aktları, qanunları ilə tənzimlənməsi vacibdir. Tarixi təcrübə göstərir ki, dinlə dövlətin normal və səmimi əməkdaşlığı cəmiyyətin inkişafında, mənəvi səviyyəsinin yüksəlməsində əvəzsiz rol oynayır. Azərbaycanda isə dini situasiya bir qədər fərqlidir. Bu da ondan irəli gəlir ki, sovetlərin zamanında dini etiqad azadlığı və dini fəaliyyət qəti şəkildə qadağan edilmişdi. Olub-qalan formal görüntülər isə - məscidlər və s. guya sovet ideologiyasının dini etiqada qarşı tam çıxmadığı qənaətini yaratmaq üçün idi”.
Ekspertin sözlərinə görə, “Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra ölkə vətəndaşları güclü şəkildə və həm də sadəlövhcəsinə dinə meyllənməyə başladılar. Bu kütləvilikdən məharətlə istifadə etməyi bacaran xarici missionerlər çəyirtkə kimi Azərbaycana axışmağa başladılar. Nəticədə ölkədə bir sıra ziyanlı dini təriqətlər kök atdı. Bunların içində həm İslam dini adından, həm də xristianlığın adından danışanlar var idi. Nəzərə almaq lazımdır ki, o dövrdə, yəni ötən əsrin 90-cı illərində dini etiqadın və fəaliyyətin tənzimlənməsi baxımından Azərbaycan qanunvericiliyində ciddi boşluqlar var idi və xarici missionerlər bu boşluqdan məharətlə faydalana bilirdilər. Ölkədə ziyanlı dini qruplaşmaların formalaşması da məhz həmin dövrə təsadüf edir. Hazırda cəmiyyətdə bir sıra problemlər yaratmaqla məşhurlaşmış dini qruplaşmaların xarici dairələrdən maliyyələşməsinin təməli də o ilərdə qoyulub”.
Vasif Sadıqlının bidirdiyinə görə, “İslam dini son dərəcə uca bir etiqada əsaslanır. Allah Onun haqqında bilgi əldə etmək istəyənləri cavabsız qoymur. Amma bu informasiya həmin kütlənin səviyyəsinə görədir. Quranın İxlas surəsinin Məhəmməd peyğəmbərə müraciətlə: “Biz Allahı kimlə müqayisə edək?” – deyə soruşan bədəvilərin sualına cavab olaraq nazil olduğu deyilir. Allah bədəvilərin Onun haqqında bunları bilməsini istəyib : “De ki, O, Allahdır, təkdir. Allah bütün ehtiyaclardan ucadadır, əbədidir. Heç kimin valideyini və ya övladı deyil. Heç bir tayı-bərabəri və ya bənzəri də yoxdur”. Qurani-Kərimdən əldə edilən digər məlumatlar belədir. Heç bir varlıq ona bənzəməz, O da heç bir varlığa. “O, göylərin və yerin yaradıcısıdır. O, Səmi (eşidən) və Bəsir (görən)dir”. Yer, göylər, cəhətlər onu əhatə edə bilməz. O, məkanın xaricindədir. Məkana sığmaz. “Heç bir göz onu əhatə və idrak edə bilməz”. Quranda Musa peyğəmbərə xitabən deyilir: “Heç zaman məni görə bilməzsən”. Allah cəhətlərdən, şəkil və miqdardan münəzzəh olduğuna görə, Onun yalnız axirətdə görülməsi mümkün sayılır. Bir qisim təfsirçilər aşağıdakı ayəni məhz belə açıqlayırlar: “Neçə üzlər var ki, o gün gözəlliyi ilə parıldar, Rəblərinə baxarlar”. Quranda Allah haqqında üz (vəch), əl (yəd), göz (ayn) kimi zahiri əlamətlər bildirən sözlər işlənilib. Məidə surəsində əlin miqdarı haqda da deyilir: “İki əli də açıqdır Allahın”. Şübhəsiz, bu sözləri müstəqim mənada anlamaq olmaz”.
Onun dediyinə görə, “Allah bəndələrinin səviyyəsini (səviyyəsizliyini) hər zaman nəzərə alır. Hər kəs Ona bacardığı şəkildə, parıltısız və bəlağətsiz yalvara, dua edə bilər. Və əgər İslam dini bu qədər geniş etiqad azadlığ təqdim edirsə, hansısa xarici mərkəzlərin diqtəsi ilə oturub-durmağa ehtiyac varmı?”
Digər Xəbərlər
2024-12-22 15:05:15
2024-12-22 14:46:04
2024-12-22 13:39:52
2024-12-22 12:10:49
2024-12-22 11:24:07
2024-12-22 11:02:51
2024-12-22 10:16:46
2024-12-22 09:00:06
2024-12-22 00:25:44
2024-12-21 23:23:41
2024-12-21 22:11:43
2024-12-21 21:26:00
2024-12-21 20:45:00
2024-12-21 20:02:00
2024-12-21 19:48:39
2024-12-21 19:33:52
2024-12-21 18:30:47
2024-12-21 15:50:00
2024-12-21 14:14:22