Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti iki oyunu keçirilib.
Unikal.org xəbər verir ki, İtaliyanın "Atalanta" klubu öz meydanında İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. Oyun meydan sahibinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. "Atalanta"nın oyundakı yeganə qolunu 68-ci dəqiqədə M.Pessina vurub.
Digər oyunda Rusiyanın "Zenit" klubu İsveçin "Malmö" klubunu qəbul edib. Rusiya təmsilçisi rəqibi üzrəində böyükhesablı qələbə qazanıb - 4:0. Oyunda qolları Klaudinyo (9-cu dəqiqə), D.Kuzyayev (49), A.Sutormin (80) və Vendel (90+4) vurublar.