UEFA klub turnirinin qrup mərhələsi çərçivəsində keçirilən oyunların birində “Qalatasaray” klubu Fransada “Marsel”in qonağı olub və oyun 0:0 hesablı heç-heçə ilə tamamlanıb.
Unikal.org xəbər verir ki, matçın 38-ci dəqiqəsində hakim oyunu saxlayıb.
Səbəb türk və fransız fanatların bir-birinə fişəng atması, əlbəyaxa dalaşması olub.
İnsidentin növbəti ermənə təxribatı nəticəsində yaşanıb. Ermənilərin sıx yaşadığı Marsel şəhərində stadiona gələn fanatlar arasında Ermənistanın və kürd bayraqlarını dalğalandıranlar olub. Bu isə Azərbaycan bayraqları dalğlandıran azərbaycanlı fanatların və Türkiyə bayrağına bürünmüş türklərin qəzəbinə səbəb olub.
3 nəfər “Qalatasaray”, iki nəfər isə fransız azərkeş saxlanılıb. Araşdırma aparılır.