İspaniya çempionatının VIII turunun matçında "Real Madrid" Barselonanın "Espanyol" komandasına məğlub olub.

Unikal.org xəbər verir ki, "Kornelya-El Prat" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Raul de Tomas və Aleyş Vidal fərqləniblər. 

Qonaqların yeganə qolunu Kerim Benzema vurub.

Qeyd edək ki, bu, "kral klubu"nun İspaniya çempionatında ilk, cari mövsümdə isə ikinci ardıcıl məğlubiyyəti olub. Daha əvvəl madridlilər Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun "Şerif"ə 1:2 hesabı ilə uduzublar.