“Instagram” sosial şəbəkəsi növbəti yeniləməsində yüklənən videoların müddətini bir dəqiqədən 60 dəqiqəyə qədər artırıb.

Unikal.org “The Verge” portalına istinadən xəbər verir ki, şəbəkə artıq IGTV tətbiqində video yayımlamağı dayandırır.

IGTV tətbiqinin adı “Instagram TV” ilə dəyişdirəcək.

Bu format yalnız video məzmununu izləmək üçün “Instaqram”ı ziyarət edən istifadəçilər üçün əlverişli olacaq.

Xatırladaq ki, “IGTV” 2018-ci ildə istifadəyə verilmişdi.