Daxili işlər orqanlarında yeni təyinat olub.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun digər əmrinə əsasən H.Qasımov Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.