Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin sabiq direktoru Nelli Veyisovaya yeni vəzifə verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev N.Veyisovanı özünə müşavir təyin edib.

Qeyd edək ki, Nelli Veyisova 2 gün öncə vəzifəsindən azad edilmişdi.

Hüseyn İsgəndərov