Rabitəbankın mobil tətbiq istifadəçiləri üçün keçirdiyi lotereyanın növbəti tirajının qalibləri müəyyən olundu.

Unikal.org xəbər verir ki, Avqustun 1-i başladılmış “Rabita Mobile ilə ödə və qazan” stimullaşdırıcı lotereyanın ikinci tirajı yekunlaşdı. 4 oktyabrda bankın rəsmi Feysbuk səhifəsində canlı yayım zamanı lisenziyalı proqram təminatının təsadüfi seçimi ilə ikinci tirajın 6 qalibi təyin edildi. Qaliblərin siyahısı ilə tanış olun:

Nicat Eyvazzadə - iPhone 12 qalibi

Nicat Rzayev - Samsung Note20 qalibi

Çingiz Quliyev - Apple Watch series 6 qalibi

Məhəmməd Əhmədov - Apple Watch series 6 qalibi

Rəfiqə Zamanova - Airpods Pro qalibi

Natiq Mikayılov - Airpods Pro qalibi

Xatırladaq ki, lotereyada iştirak etmək üçün mütləq Rabita Mobile tətbiqinin istifadəçisi olmaq lazımdır. İştirak hüququ qazandıran ödəniş növləri isə aşağıdakılardır:

Tətbiqdə “Rabitəbank”a məxsus və ya digər bank kartları ilə  50 AZN dəyərində kredit ödənişi həyata keçirmək

Tətbiqdə mövcud hesaba digər bank kartı ilə 50 AZN mədaxil etmək

50 AZN = 1 şans və hər iştirakçının tiraj boyunca maksimum 50 şansı ola bilər (2500 AZN=50 şans).

Sonuncu, yəni üçüncü tirajın tarixi 2 noyabrdır. Bu tirajda da seçiləcək 6 qalib iPhone 12, Samsung Note 20, 2 ədəd AirPods Pro, 2 ədəd Apple watch 6 hədiyyələrindən birinə sahib olacaqlar.

Siz də “Rabita Mobile” ilə ödəyin və qazanın! “Rabita Mobile” tətbiqini həm APP Store, həm də Play Marketdən yükləyə bilərsiniz:http://rbt.az/rbm