ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin ilin sonunadək virtual formatda sammit keçirməyi planlaşdırır.
Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, yüksək səviyyəli sammitin keçirilməsi ilə bağlı razılaşma ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü Yan Tszeçi arasında baş tutan danışıqlar zamanı əldə edilib.
Görüşün tarixi hələlik məlum deyil. ABŞ rəsmisi bu kimi təfərrüatların müzakirə edildiyini bildirib.