İranda ötən sutka ərzində 173 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 654 nəfər yoluxub.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 122 370 nəfərə, yoluxanların sayı isə 5 691 634 nəfərə çatıb. Virus daşıyıcılarından 5 368 nəfərin vəziyyəti ağır qiymətləndirilir.