“Facebook”un rəhbəri Mark Zukerberq ABŞ-ın məşhur “Time” jurnalında lağa qoyulub.
Unikal.org xəbər verir ki, bununla bağlı nəşr sosial şəbəkədə video paylaşıb. Belə ki, kadrlardan görünür ki, jurnalın üz qabığında şirkət rəhbərinin simasında balaca pəncərə açılır.
Orada ““Facebook”u silmək?” təklifinə “Çıxmaq” və “Silmək” variantları verilir.
Qeyd edək ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər oktyabrın 4-də təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. “Facebook” üçün bu, tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşıb, şirkətin qurucusu Mark Zukerberg isə təxminən yeddi milyard dollar pul itirib.
TIME's new cover: Facebook won't fix itself https://t.co/qFgXOZgawa pic.twitter.com/fsc8QLIEkF
— TIME (@TIME) October 7, 2021