Livanda elektrik enerjisi böhranı yaşanır.

Unikal.org  xəbər verir ki, bu barədə yerli telekanal olan "LBCI" məlumat yayıb.

"İki elektrik stansiyasının fəaliyyətinin dayanmasından sonra Livan tamamilə qaranlığa qərq olub", - xəbərdə deyilir.

Bildirilir ki, ölkənin ən böyük elektrik stansiyaları "Az-Zahrani" və "Deyr-Ammar" dizel yanacağı ehtiyatının tükənməsi səbəbindən işini dayandırıb.