Ermənistan Konstitusiya Məhkəməsi böhtan və təhqirə görə cərimələrin miqdarının artırılması barədə qərar qəbul edib.
Unikal.org xəbər verir ki, bu haqda Ermənistan Konstitusiya Məhkəməsinin saytında məlumat yayılıb.
Qeyd edək ki, qanun layihəsi Ermənistan parlamentinin hazırkı spikeri Alen Simonyan tərəfindən irəli sürülüb. Dəyişikliklər təhqir üçün cərimənin məbləğinin 1 milyon dramdan (təxminən 2 min dollar-red) 3 milyona (təxminən 6 min dollar-red) artırılmasını nəzərdə tutur. Böhtanla bağlı cəza isə əvvəlki 2 milyon əvəzinə 6 milyon dram təşkil edəcək.
Gülayə Mecid