İtaliyanın paytaxtı Romanın mərkəzi meydanında pandemiya ilə bağlı karantin qaydalarına qarşı etiraz nümayişi keçirilib.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, etirazlar zamanı Xalq Meydanında polislə nümayişçilər arasında toqquşmalar baş verib. Toqquşmalar nəticəsində iki nümayişçi yaralanıb.

Bildirək ki, Romanın mərkəzində keçirilən etiraz aksiyasına təxminən 10 min adam toplaşıb. Etiraz aksiyasında ultra sağçı "New Force" (Forza nuova) partiyasının tərəfdarları da iştirak edib.

Meydanda keçirilən aksiyadan sonra etirazçılar Piazza Flaminioya doğru yürüş edərək nəqliyyatın hərəkətinə mane olublar.

Etirazlar hökumətin qərarı ilə özəl və dövlət sektorunun işçilərinin oktyabrın 15-dən etibarən məcburi COVID-19 sertifikatına malik olması ilə əlaqədardır.