Nobel sülh mükafatı laureatı və BMT Baş katibinin müşaviri Rae Kvon Çhunq "Nauka 0+" Ümumrusiya Elm Festivalında maraqlı bir açıqlama verib.

Unikal.org  xəbər verir ki, o iqlim dəyişikliyi səbəbiylə arzuolunmaz virusların oyanması təhlükəsi haqqında danışıb. Onun məlum çıxışı saytın "YouTube" kanalında yayımlanıb.

"Sibirdə, Kanadada əbədi buzlaq zonalarında buzların əriməsi nəticəsində ortaya yeni, təhlükəli virusların üzə çıxmasını gözləyə bilərik. Biz hansı virusla qarşılaşacağımızı, hansıların canlanacağını bilmirik"-,Çhunq bildirib.