"Biz Azərbaycan qardaşlarımıza kömək, yaxşılıq və əl tutmaqdan başqa bir şey etməmişik və hər zaman qonşuluq haqqını yerinə yetirmişik. Birinci və ikinci Qarabağ müharibəsində onlara yardım etmişik".
Unikal.org xəbər verir ki, bunu Ərdəbil vilayətinin axundu Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələri zamanı dindən kənar, təxribatçı çıxışı zamanı deyib.
"Son müharibədə də İran yüksək səviyyədə yardım etdi. Yardım bundan artıq ola bilməz ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri özü şəxsən hadisəyə müdaxilə etdi və Azərbaycanın bütün torpaqlarının azad edilməsinin vacibliyini vurğuladı", - deyə Amili bildirib.
Ərdəbil cümə məscidinin axundu həmçinin bildirib ki, "Azərbaycan Respublikası xalqının İran xalqının ürəyində yeri var".
Gülayə Mecid