Boliviyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin hava qüvvələri tviterdəki hesabında xəbər yayıb.

Məlumata görə, hadisə ölkənin şimalındakı Ribelta şəhərində qeydə alınıb. “Cesna C-206” markalı təyyarə səmaya qalxdıqdan az sonra yerə düşüb. Qəza nəticəsində təyyarənin iki ekipaj üzvü və pilotu, habelə dörd tibb işçisi həlak olub.

Hadisənin başvermə səbəbi açıqlanmır. Ölkənin Hava Qüvvələrinin Aviasiya Qəzalarını Araşdırma Komitəsi qəza ilə bağlı təhqiqata başlayıb.