"Komandamızın qərarına əsasən, televiziya formatında qeyd edəcəyimiz Tbilisoba tədbiri ləğv ediləcək".
Unikal.org Gürcüstan mediasına istinadla xəbər verir ki, belə bir açıqlamanı hazırkı Tiflis meri Kaxa Kaladze sosial hesabında qeyd edib.
Kaladzenin sözlərinə görə, bu çətin anlarda Tbilisi Batuminin yanında dayanır:
“Bütün ölkəni birləşdirən faciə hər kəs üçün ortaq bir dərddir. Tbilisi, ehtiyac duyulduğunda yanında olmaq nümunəsini dəfələrlə göstərmiş bir şəhərdir. Bu gün də, bu çətin anlarda Tbilisi Batuminin yanındadır. Komandamızın qərarına əsasən, Tiflisobanı qeyd etmək üçün televiziya formatında keçirilməli olan tədbir ləğv ediləcək. Ayrılan məbləğ Batumidəki evlərini itirən ailələrə və Faciə Qurbanlarına Yardım Fonduna köçürüləcək”, - deyə K. Kaladze bildirib.