Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən zəhərlənən 32 nəfər dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, saxta spirtli içkidən zəhərlənən 64 nəfərdən 32 nəfəri vəfat edib, 25 nəfər müalicəsini xəstəxanada davam etdirir.
Orenburq vilayətində kütləvi zəhərlənməyə səbəb olan saxta spirtli içkilərin Orsk şəhərində gizli sexdə hazırlandığı və topdansatış anbarlarına gətirildiyi məlum olub. Ekspertiza içkilərin tərkibində metanol maddəsinin miqdarının ölümcül dozadan 3-5 dəfə artıq olduğunu müəyyən edib.
Faktla bağlı altı cinayət işi açılıb, 10 nəfər saxlanılıb.