"ABŞ ordusunda texnoloji dəyişiklik zəifdir və Vaşinqton bu sahədə Pekinlə rəqabət apara bilməyəcək".
Unikal.org xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin keçmiş baş proqram mühəndisi Nikolas Şayan deyib.
"15-20 il ərzində Çinlə rəqabət aparmaq şansımız olmayacaq. İndi hər şeyə qərar verildi, fikrimcə, hər şey artıq bitdi", - deyə mühəndis qeyd edib.
Keçmiş Pentaqon işçisinin dediyinə görə, Çin süni intellekt sahəsindəki uğurları sayəsində dünya hökmranlığına doğru irəliləyir.
Mütəxəssisin sözlərinə görə, Vaşinqton müdafiəyə daha çox sərmayə qoyur, lakin bunun çox hissəsi logistika üçün xərclənir.