
Tailandda dünən”Sevgililər Günü” münasibətilə təşkil edilən “ən uzun öpüşmə” müsabiqəsinə qatılan cütlük yeni rekorda imza atıb. Onlar 58 saat 35 dəqiqə, 58 saniyə öpüşüblər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, təşkilatçılar bunu tarixdə “ən uzun öpüşmə” olaraq qeydə alıb və cütlüyün Guinnesin Rekordlarına daxil olması üçün komissiyanın qərarını gözləyirlər. Cütlüyə sonda 3 min 300 dollar pul mükafatı və iki almaz üzük təqdim edilib.
Qeyd edək ki, 9 cütlüyün iştirak etdiyi müsabiqənin şərtlərinə görə öpüşmə zamanı oturmağa, istirahət etməyə və yatmağa icazə verilməyib.