Ötən gün türkiyəli aktyor Zafer Enginin "Arka sokaklar" serialından ayrılması ilə bağlı xəbərlər yayılmışdı.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin İnstaqram hesabında yayılan məlumatların əsassız olduğu açıqlanıb:

"Rıza baba obrazına həyat verən dəyərlimiz Zafer Enginin serialdan ayrılması ilə bağlı xəbərlər yalandır. Dəyərli aktyorumuz "Arka sokaklar"da heyətimizin başındadır".

Qeyd edək ki, Z.Engin 12 ildir sözügedən serialda rol alır. Onun maddi səbəblərdən ekraş işindən ayrıldığı deyilirdi.