Çelyabinskə meteor düşməsi nəticəsində xəsarət alanların sayı 500-ə çatıb
15:54 15-02-2013
DÜNYA
Səma cisminin düşdüyü yer hələ də müəyyənləşməyib, meteorun gölə düşdüyü güman edilir
Çelyabinskdə müşahidə olunan meteor yağışı nəticəsində xəsarət alanların sayı 500 nəfərə yaxınlaşır. APA-nın məlumatına görə, Rusiyanın baş sanitar həkimi Gennadi Onişşenko artıq 474 nəfərin xəstəxanalara müraciət etdiyini deyib: “Xşbəxtlikdən onların hamısı yüngül və orta dərəcəli xəsarətlər alıblar. 16 nəfər xəstəxanalara yerləşdirilib, onlardan üç nəfəri məktəblidir. Digərlərinə isə ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Həkimə müraciət edənlərin əksəriyyəti pəncərə şüşələrinin qırılması nəticəsində yaralananlardır”.
Çelyabinsk rəhbərliyi isə məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində tətil elan edib. Hələlik meteorun düşdüyü yer və onun qırıntıları tapılmayıb. Səma cisminin gölə düşdüyü güman edilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Çelyabinskdə meteor yağışı adlanan təbiət hadisəsi müşahidə olunub. Bolidlərin əksəriyyəti atmosferdə yansa da, böyük bir meteor parçası Çelyabinsk ərazisində, Satka rayon mərkəzindən 80 kilometr uzaqda yerə düşüb.
Digər Xəbərlər
2024-12-22 15:20:03
2024-12-22 15:05:15
2024-12-22 14:46:04
2024-12-22 13:39:52
2024-12-22 12:10:49
2024-12-22 11:24:07
2024-12-22 11:02:51
2024-12-22 10:16:46
2024-12-22 09:00:06
2024-12-22 00:25:44
2024-12-21 23:23:41
2024-12-21 22:11:43
2024-12-21 21:26:00
2024-12-21 20:45:00
2024-12-21 20:02:00
2024-12-21 19:48:39
2024-12-21 19:33:52
2024-12-21 18:30:47
2024-12-21 15:50:00