Rusiya Müdafiə Nazirliyi ABŞ və onun müttəfiqlərinin Qara dənizdəki hərəkətlərini izləyir.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, amerikalılar Rusiya sərhədinin bilavasitə yaxınlığında silahlı qüvvələrin çoxmillətli qruplaşmasını yaradırlar.

Hazırda Rusiyanın Qara Dəniz Donanması ABŞ gəmilərinə - qərargahın “Mount Whitney” gəmisinə, “Porter” raket esminesi və “John Lenthall” tankerinin Qara dənizdəki hərəkətlərinə nəzarət edir. Gəmilər oktyabrın 30-dan noyabrın 4-dək Qara dənizə daxil olub.

Rusiya sərhədindən təxminən yüz kilometr məsafədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki strateji bombardmançı B-1B uçub.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ABŞ-ın hərəkətləri “Qara dəniz regionunda vəziyyətin sabitliyini pozur” və Vaşinqtonun məqsədlərindən biri “Ukrayna ərazisinin hərbi cəhətdən mənimsənilməsidir”. Rəsmi Moskva ABŞ hərbçilərinin manevrlərini plansız adlandırıb.