Gürcüstanda son sutkada koronavirusa 5 751 yeni yoluxma halı qeydə alınıb, 78 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Ötən 24 saat ərzində daha 3 647 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 766 818 nəfər yoluxub. Onların 700 568-i sağalıb, 10 662-si isə ölüb.