Polşa Belarusla dövlət sərhədinə 12 000 hərbçidən ibarət qoşun göndərib.
Unikal.org xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda ordunun tam hərbi hazırlıq vəziyyətində olduğu bildirilib.
Qeyd edək ki, noyabrın 8-dən bəri dörd minədək belaruslu qanunsuz miqrant bu ölkənin Polşa ilə sərhədinə toplaşaraq ərazidə çadır şəhərciyi qurub. Yüzlərlə miqrant isə daha aqressiv davranaraq sərhəd istehkamlarını dağıdıb və Polşa ərazisinə keçməyə çalışıb.
Ötən gecə ərzində Polşa hərbçiləri 309 sərhəd pozuntusu cəhdi qeydə alıb.
Qeyd edək ki, Rəsmi Varşava buna görə Belarus prezidenti Lukaşenkonu ittiham edib.
Ağarza ELçinOğlu