Almaniya Silahlı Qüvvələri pandemiyanın dördüncü dalğası fonunda mülki yardım üçün ilin sonuna qədər 12 min hərbçini səfərbər edəcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ehtiyatda olan hərbçilərin revaksinasiya, test prosesində maddi-texniki yardım göstərəcəkləri, zərurət yarandığı halda müvəqqəti hospitallar tikəcəkləri, nəqliyyat xidmətləri göstərəcəkləri nəzərdə tutulur. Noyabrın sonuna kimi 6 min hərbçinin səfərbər edilməsi planlaşdırılır, Katolik Milad bayramına qədər isə eyni sayda hərbçi səfərbər olunacaq.
Bu məlumatın rəsmi təsdiqi yoxdur.